AZ

Tramp bir daha prezidentliyə namizəd olmayacaq - özü belə deyib

ABŞ prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində danışıb.
 
"Mən səkkiz il, iki müddət ölkə başçısı olacağam. Mən həmişə bunun çox vacib olduğunu düşünmüşəm... Dörd gözəl il keçirməyi planlaşdırıram və sonra bunu başqa birinə, ideal olaraq böyük bir respublikaçıya təhvil verməyi planlaşdırıram", - Tramp deyib.
 
Amerika lideri onu da əlavə edib ki, tərəfdarları onu yenidən seçkilərdə iştirak etməyə çağırırlar, lakin o, bunu planlaşdırmır.
 
Bundan əvvəl İlon Musk Trampın yenidən seçilməsi məsələsində qabaqcadan düşünməyə çağırıb. Bundan əvvəl Trampın internet jurnalı öz saytında “Trump 2028” yazısı olan beysbol papağı yerləşdirmişdi və bu, Amerika liderinin üçüncü müddətə prezident olmaq planlarının siqnalı kimi yozulurdu.
Seçilən
0
moderator.az

1Mənbələr