AZ

“Liverpul”dan ayrılır

İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnoldun bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyi dəqiqləşib.

"Unikal" xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi ilə başa çatmaqda olan müqavilənin müddəti uzadılmayacaq.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, artıq təcrübəli oyunçunun İspaniyanın “Real Madrid” klubuna keçməsi üçün heç bir maneə qalmayıb.

Futbolçunun mövsüm başa çatdıqdan sonra Madrid təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.

Seçilən
0
unikal.az

1Mənbələr