AZ

Tehran ABŞ-la danışıqlar üçün cavab gözləyir - Bəqai

Tehran Vaşinqtonla İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı dolayı danışıqları davam etdirməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

“3 mayda keçirilməsi planlaşdırılan növbəti məsləhətləşmə raundunun təxirə salınması vasitəçinin təşəbbüsü və hər iki tərəfin razılığı ilə baş verib. Gələcək danışıqlara gəlincə, İran Omandan xəbər gözləyir. Omanlı dostlarımız vaxt və yeri razılaşdıracaq və bizə bu barədə vaxtında məlumat veriləcək”, – Bəqai bildirib.

Seçilən
0
axar.az

1Mənbələr