AZ

Papa seçkisi oyuna çevrildi: Fantapapa internetdə partlayış yaradır

Vatikan Konklav hazırlıqlarını davam etdirərkən, internetdə artıq “öz seçimi” başlayıb.

Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki,  “Fantapapa” adlı brauzer əsaslı oyun istifadəçilərə yeni Papa seçkilərində virtual şəkildə iştirak imkanı verir. Oyun “katolik fantaziya futbolu” formatında təqdim olunur və hazırda artıq 75 mindən çox iştirakçı bu qeyri-adi yarışa qoşulub.

Oyun qaydaları sadədir: istifadəçilər 11 kardinaldan ibarət komanda toplayırlar. Onlar bu şəxslərin Papa seçilmək ehtimalını müxtəlif meyarlara əsasən qiymətləndirirlər. Komandadakı ən perspektivli kardinal “kapitan”, ən zəif namizəd isə “qapıçı” olur.

Fantapapa oyununda qərarlar dini motivlərə deyil, daha çox real statistikaya – yaş, milliyyət, kilsə daxilindəki nüfuz və Vatikan daxilində mümkün dəstəyə əsaslanır.

Layihənin müəllifləri Pietro Paçe və Mauro Vanetti bildirirlər ki, bu ideya din, siyasət və yumorun birləşməsindən doğub:

“Bəli, biz zarafat edirik, amma bunu ciddi şəkildə edirik — analitik yanaşma və sistemin necə işlədiyini anlayaraq,” – deyə onlar izah ediblər.

Maraqlıdır ki, oyun tarixi paralellərə də işarə edir. Keçmişdə Romada bəzi Papa seçkilərində sadə vətəndaşların da dolayısı ilə təsiri olurdu. Fantapapa isə bu təsiri müasir rəqəmsal formada yenidən canlandırır.

Hazırda yüzlərlə istifadəçi yeni pontifikin kim olacağı ilə bağlı öz “taktiki” proqnozlarını verir və oyunun nəticələri Konklav qərarları ilə müqayisə olunmaq üçün səbirsizliklə gözlənilir.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr