AZ

Türk aktrisa ABŞ-də şiddətə məruz qaldı – Qabırğaları sındırıldı – FOTO

“Hayat Devam Ediyor” serialı ilə tanınan türkiyəli aktrisa Meltem Miraloğlu həyatının növbəti çətin dövrünü yaşayır. Uzun illər əvvəl evlənərək ABŞ-a köçən və həyat yoldaşının ölümündən sonra tək qalan Miraloğlu yenidən ailə qurmağa hazırlaşdığı bir vaxtda zorakılığa məruz qalıb.

Milli.Az xəbər verir ki, məlumata görə, 38 yaşlı aktrisa ABŞ-da amerikalı tərəfindən vəhşicəsinə döyülərək xəstəxanaya yerləşdirilib.  Meltem Miraloğlu bu dəfə özündən 40 yaş böyük olan, 78 yaşlı amerikalı iş adamı ilə evlənmək üzrə idi. Lakin ona aşiq olan gənc bir amerikalı tərəfindən döyüldüyü iddia olunub.

İddiaya görə, zorakılıq nəticəsində Miraloğlunun qabırğaları qırılıb və ağciyərinə zərər dəyib. Cərrahi müdaxilə ilə vəziyyəti stabilləşdirilən aktrisanın səhhətinin hazırda yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Meltem Miraloğlu ilk dəfə 2019-cu ildə gündəmə gəlmiş, özündən 48 yaş böyük Patriklə evlənməsi və ABŞ-a köçməsi ilə medianın diqqətini cəlb etmişdi. Hazırda Nyu-Cersi ştatında yaşayan aktrisa gündəlik dolanışığını bazarda təmizlik işi görməklə və türk yeməkləri bişirməklə təmin edirmiş.

Seçilən
0
1
editor.az

2Mənbələr