Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə keçməyə cəhd edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi müxbirləri məlumat yayıb.
Onların məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 50-yə yaxın əsgəri Kursk vilayətinin ərazisinə keçməyə cəhd edib.
Əvvəlcə Zvannoye kəndi yaxınlığındakı körpünü partladıblar, sonra minaaxtaran maşınları işə salıblar.
Onlar 5-10 nəfərdən ibarət kiçik qruplar halında qəsəbə ərazisinə daxil olmağa cəhd ediblər. Tyotkino da hücuma məruz qalıb.
Bildirilir ki, hazırda Rusiya Silahlı Qüvvələri bir neçə texnikanı sıradan çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az