2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat təşkil edib.
İctimai Rəy Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6 faiz çoxdur.
Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 6 milyard 923,5 milyon manat, yaxud proqnozdan 398,2 milyon manat və ya 6,1 faiz, Dövlət Gömrük Komitəsi 2 milyard 64,9 milyon manat, yaxud proqnozdan 37,9 milyon manat və ya 1,9 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14,8 milyon manat, yaxud proqnozdan 3,2 milyon manat və ya 27,2 faiz çox vəsait köçürüb.
Büdcənin daxilolmalar gəlir maddəsi üzrə 182,3 milyon manat, yaxud proqnozdan 100,4 milyon manat və ya 122,4 faiz çox gəlir əldə edilib. Dörd ayda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4 faiz, Dövlət Neft Fondundan transfert isə 4 milyard 579,1 milyon manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.
2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin xərcləri 11 milyard 191,9 milyon manat proqnoza qarşı 10 961,9 milyon manat, yəni 97,9 faiz icra olunub.