BAKI, 5 may. TELEQRAF
Hesab edirəm ki, Robert Köçəryan Ermənistanda rus casusu statusuna malik şəxsdir. Bu, mənim fikrimdir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Köçəryan Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən fiqurdur. Mən onun fəaliyyətləri, yaydığı mətnlər və bəyanatlarını görürəm, bu, mənim siyasi qiymətimdir. Siz Rusiyanın bəyanatlarına tam uyğun gələn bəyanat verəndə, fraksiyanızın üzvləri uyğun çıxışlar edəndə, mən belə nəticələr çıxara bilərəm”, - parlamentin sədri qeyd edib.