AZ

Belarus Azərbaycandan qeyri-neft məhsullarının alışını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Belarus arasındaticarət əməliyyatlarının həcmi 101,6 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,7% azdır.

Hesabat dövründə Belarus ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,84%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Belarusa 17,2milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya 80,1% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında BelarusdanAzərbaycana 84,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 10,5 milyon ABŞ dolları vəya 11,1% azalma deməkdir.

Bundan əlavə, bu ilin ilk üç ayı ərzində Azərbaycandan Belarusa17,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 milyonABŞ dolları və ya 82,8% çoxdur.

Hesabat dövründə Belarusa qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 2,23%-i həcmində olub. Bununla daBelarus Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanxarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dollarıtəşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6%və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dollarıtəşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Seçilən
0
2
az.trend.az

10Mənbələr