AZ

Bakıda qəbirqazan atası ölən şəxsi aldatdı

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əliyev 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, E.Əliyev Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirqazan fəhlə işləyib. 2024-cü ilin aprel ayında atası üçün məzar yeri götürmək istəyən Rövşən adlı şəxs həmin qəbiristanlığa gəlib və bu vaxt o, E.Əliyevlə rastlaşıb. E.Əliyev özünü həmin qəbiristanlığın qəbir yeri ayıran məsul şəxsi kimi təqdim edərək Rövşəni aldadıb. O, qəbir yeri ayırmaq və qazıb hazırlamaq üçün Rövşəndən 750 manat tələb edib. Razılıq əsasında Rövşən E.Əliyevə 650 manat ödəsə də, Elvüsal zərərçəkmişin atası üçün qəbir yeri ayırmayıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib.

 
 

Seçilən
0
7
7news.az

8Mənbələr