BAKI, 5 may. TELEQRAF
"AZƏRYAĞ" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Teleqraf xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1052 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 44, mənzil 8 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 10 AZN-dir, qanuni təmsilçisi isə İlqar Tarıverdiyev Allahverdi oğludur.