AZ

Keniya prezidentinə ayaqqabı atdılar – Video


Keniya Prezidenti Uilyam Ruto Miqori dairəsində xalqa müraciət edərkən ona ayaqqabı atılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mayın 5-də sosial şəbəkələrdə yerləşdirilmiş videolara istinadla “Reuters” agentliyi məlumat yayıb.
Mayın 4-də baş vermiş hadisə zamanı Ruto əli ilə ona doğru atılan ayaqqabının qarşısını kəsib. Rutonun mühafizəsi “zərbəyə” reaksiya verməyə vaxt tapmayıb. Onun xəsarət almadığı bildirilir.
Keniyanın daxili işlər naziri Kipçumba Merkomen bildirib ki, polis hadisə ilə bağlı 3 nəfəri həbs edib.
Seçilən
0
yeniavaz.com

1Mənbələr