AZ

Marqarita Stepanenko “Makkabi Aşdod”la vidalaşıb

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko İsrail çempionu "Makkabi Aşdod" klubu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Voleybolçu İsraildə keçirdiyi cari mövsümlə bağlı təəssüratlarını da bölüşüb: “Möhtəşəm mövsüm üçün təşəkkür edirəm, “Makkabi Aşdod”. Bu, xoş bir macəra idi”.

Stepanenko artıq Bakıya gəlib. O, İsrail çempionatının “Hapoel Kfar Saba” ilə final oyununda ayağından aldığı zədə ilə bağlı müvəqqəti müayinədən keçəcək.

Marqarita böyük ehtimalla mayın sonunda başlayacaq Qızıl Avropa Liqasında iştirak etməyəcək.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr