AZ

Yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri 14 milyard manata çatıb

Bakı. Trend:

Cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirləri13,965 milyard manat təşkil edib ki, bu da 4 aylıq proqnozdan 219,7milyon manat və ya 1,6% çoxdur.

Trend bu barədəMaliyyə Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, hesabat dövründə dövlət büdcəsinin xərcləri11,192 milyard manat proqnoza qarşı 10,962 milyard manat, yəni97,9% icra olunub.

Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında DövlətVergi Xidmətinin xətti ilə daxilolmalar 6,923 milyard manat təşkiledərək proqnozdan 398,2 milyon manat və ya 6,1%, Dövlət GömrükKomitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərəkproqnozdan 37,9 milyon manat və ya 1,9%, İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2%və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan100,4 milyon manat və ya 122,4% çox icra edilib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişlixidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərəkproqnoza qarşı 71,9 milyon manat və ya 26,4%, Dövlət Neft Fondundantransfert isə 4,579 milyard manat təşkil edərək proqnoza qarşı247,9 milyon manat və ya 5,1% az icra edilib.

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərininicrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440mindən çox ödəniş tapşırığı yerinə yetirilib.

Seçilən
0
49
az.trend.az

10Mənbələr