AZ

AK 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalının tamamilə qadağan edilməsini təklif edəcək

Avropa Komissiyası (AK) 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalının qadağan edilməsi ilə bağlı tədbirlər təklif etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

AK öz planlarını sabah Strasburqda açıqlayacaq.

Agentliyin məlumatına görə, gələn aydan həm LNG şəklində Rusiya qazının, həm də boru kəməri qazının idxalının qadağan edilməsi təklif olunacaq.

Spot müqavilələrə təsir edəcək tədbirlər 2025-ci ilin sonundan gec olmayaraq qüvvəyə minəcək.

Daha konkret müddətlər Avropa İttifaqının ABŞ, Qətər və Kanada kimi digər ölkələrdən LNG tədarükünü təmin etmək qabiliyyətindən asılıdır.

Seçilən
0
report.az

1Mənbələr