AZ

Tramp yeni "düşmən" tapdı, təcili əmr verdi: Xarabalığa çevrilir

ABŞ prezidenti Donald Tramp ölkəyə daxil olan bütün xarici filmlərə 100 faizlik gömrük rüsumlarının tətbiqi üçün təcili göstəriş verib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

"Amerikada kino sənayesi çox sürətlə ölür. Buna görə də mən Ticarət Departamentinə və Birləşmiş Ştatların Ticarət Nümayəndəsinə ölkəmizə gələn və xaricdə istehsal olunan bütün filmlərə 100% tarif tətbiqi etməyi tapşırıram", - Tramp bildirib.

Prezident qeyd edib ki, hazırda digər ölkələr rejissorları və kinostudiyaları ABŞ-dan uzaqlaşdırmaq üçün müxtəlif stimullar təklif edirlər.

"Birləşmiş Ştatlarda Hollivud və bir çox başqa ərazilər xarabalığa çevrilir. Bu, digər ölkələrin birgə səyidir və buna görə də milli təhlükəsizliyə təhdiddir", - ABŞ lideri əlavə edib.

Seçilən
0
publika.az

1Mənbələr