AZ

Altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq

Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Elmi-tədqiqat işlərinin aparılması məqsədilə Əczaçılıq kimyası kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

O qeyd edib ki, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrupu tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb. Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025-2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq.

Seçilən
0
xezerxeber.az

1Mənbələr