Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 964,9 milyon manat, xərcləri isə 11 milyard 191,9 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,8 % və 4,1 % çoxdur.
Büdcə gəlirləri proqnozdan 1,6 % çox, büdcə xərcləri isə proqnozdan 2,1 % az icra edilib.
Son nəticədə 4 ayda büdcədə 2 milyard 773 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 10,5 % çoxdur.