BAKI, 5 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə sülh sazişi əldə etmək üçün Moskva Ukraynada nəzarət etdiyi bütün ərazilərdən imtina etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına verdiyi müsahibədə bildirib.
“Rusiyanın bütün Ukraynadan imtina etməsi lazım olacaq. Çünki Rusiya bütün Ukraynanı istəyir. Əgər mən müdaxilə etməsəydim, onlar bütün Ukrayna uğrunda vuruşacaqdılar. Rusiya hazırda nəzarətində olan əraziləri istəmir, ona bütün Ukrayna lazımdır”, – Tramp vurğulayıb