"Barselona"nın futbolçusu Rafinya İtaliya yığmasında çıxış edə bilərmiş.
Offsideplus.az xəbər verir ki, braziliyalı bunu jurnalist İzabela Palyari ilə müsahibəsində deyib:
"Mən onların 2021-ci ildə qazandıqları Avropa çempiomatına getməli idim. Əsasən getməyə hazır idim. Xoşbəxtlikdən, son anda pasportda problem çıxdı.
Həmin anda İtaliya milli komandasından mənə zənglər edirdilər. Jorjinyo mənə hər gün zəng edirdi. İtalyanın mənim üçün heyrətamiz bir layihəsi var idi. Açığı, mənim də diqqətimi çəkmişdi.
Amma eyni zamanda, dərindən hələ də Braziliya formasına geyinə biləcəyimə ümidim var idi. Xoşbəxtlikdən, İtaliya pasportum vaxtında hazırlanmadı".