AZ

ABŞ-da Meltem Miraloğlu hücuma məruz qaldı!


2011-ci ildə yayımlanan "Həyat Davam edir" serialı ilə məşhurlaşan aktrisa Meltem Miraloğlu özündən 48 yaş böyük amerikalı Patrik Qredi ilə evləndikdən sonra ABŞ-da məskunlaşıb. Lakin bir müddət sonra onun 86 yaşlı həyat yoldaşı dünyasını dəyişib. Meltem Miraloğlu ilə bağlı yeni iddia ortaya atılıb. Meltem Miraloğlunun özündən böyük olanla evlənərkən döyüldüyü iddia edilib.
Ötən ilin oktyabrında yayımladığı videoda ABŞ-da girov saxlanıldığını, şəxsiyyətinin və sənədlərinin oğurlandığını bildirən Miraloğlu, izləyicilərindən və səlahiyyətli qurumlarından kömək istəyib və ABŞ vətəndaşlığını alaraq azadlığını qazanmaq istədiyini bildirib
Ərinin ölümündən sonra ABŞ-ın Nyu-Cersi ştatında məskunlaşan Meltem supermarketdə türk yeməklərini təmizləyib bişirməklə dolanır və bu dəfə özündən 40 yaş böyük 78 yaşlı Cozef adlı zəngin Amerikalı iş adamı ilə evlənməyə qərar verir. Əslində, 18 may 2025-ci il bazar günü Cozef adlı amerikalı ilə evlənmək ərəfəsində Məltmə aşiq olan gənc amerikalı tərəfindən vəhşicəsinə döyüllüb.

Maqazin jurnalisti Akay, "Nyu Cersidə bir xəstəxanada müalicə alan Meltem Miraloğluna səmimi qəlbdən şəfa diləməklə yanaşı, Meltem Miraloğlunun Amerikalı babalarla evlilik seriyasına son qoymasını ürəkdən arzulayıram. Yaşıl Kart almağa dəyərmi? Ölkənə gəl, seriallarda və filmlərdə rol al!" dedi.

aia.az
Tərcümə şöbəsi



Seçilən
0
aia.az

1Mənbələr