AZ

"Daha çox uşaqların şəkillərinin və videolarının paylaşıldığının şahidi oluruq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son dövrlər daha çox uşaqların şəkillərinin və videolarının paylaşıldığının şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova deyib.

Onun sözlərinə görə, təbii ki, burada əsas məqamlardan biri də həmin şəkillərin və videoların nə formada, hansı məqsədlə, kim tərəfindən paylanılması, yaxud yayımlanması məsələsinin araşdırılması durur: "İlkin növbədə ölkə qanunvericiliyinə görə hər kəs bilməlidir ki, uşaqların mənafeyinə, onların psixi və fiziki sağlamlığına və şəxsi həyatına zidd olan məlumatların reklam məqsədilə yaxud digər formada yayınlanması qadağandır. Bu Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, eyni zamanda Azərbaycan Respublikasının uşaq hüquqları sahəsində qoşulduğu beynəlxalq konvensiyaların pozulması deməkdir.

Uşaqlar haqqında qanunla məhdudlaşdırılmayan məlumatların valideynlərinin icazəsi ilə yayınlanmasında heç bir qanun pozuntusu yoxdur. Lakin, bir daha qeyd edirik ki, burada əsas məqam uşağın mənafeyinə zidd olmayan məlumatlardan gedir. Əks halda bu tipli şəkil və videoları yayan şəxs yaxud şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçirilir".

Müəllif: Söylü Ağazadə
Seçilən
0
sia.az

1Mənbələr