AZ

“Neftçi” Akademiyasının türkiyəli direktoru çempionatlarda üzləşdikləri problemləri açıqlayıb

“Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül aşağı yaş qruplarından ibarət Azərbaycan çempionatlarında üzləşdikləri problemləri açıqlayıb.

Türkiyəli funksioner bu barədə "Report"a açıqlama verib.

O, oyunlarda valideynlərlə bağlı problemlər yaşadıqlarını bildirib:

"Təəssüflər olsun ki, onlar az qala meydanın içinə belə girə bilirlər. AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə görüşdə bununla bağlı tədbirlərin görülməsini istədik. Bundan əlavə, təcili yardımla bağlı böyük problem var. Bəzən təcili tibbi yardım maşını olmur. Milli assosiasiyadan bunun olmasını da xahiş etdik. Çünki sağlamlıq çox önəmlidir. Həmçinin bu yarışlarda iştirak edən hakimlərin səviyyəsinin artırılmasını da xahiş etdik".

Qetd edək ki, bir neçə gün öncə aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.

Seçilən
0
report.az

1Mənbələr