AZ

“Samsung”un Azərbaycanın mobil cihaz bazarındakı payı azalıb

Azərbaycanın mobil cihazlar bazarında aprel ayında "Samsung" liderliyini qoruyub saxlamaqla 27,68% bazar payı əldə edib.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə kiçik bir artım, yəni 1,05 faiz bəndi təşkil edir. 2024-cü ilin mart ayında mobil cihazın bazar payı 28,73% idi.

İkinci sırada yer alan "Xiaomi" bazar payını 1,15 faiz bəndi artıraraq 23,29%-ə yüksəlib. Bu göstərici ötən ilin eyni dövründə 22,14% olub.

Üçüncü sırada isə "Apple" qərarlaşıb. "Apple" 2024-cü ilin aprel ayından bəri bazar payını 2,75 faiz bəndi artaraq 16,1%-dən 18,85%-ə yüksəlib.

Adı açıqlanmayan brendlər isə bazarda sıralama itirərək 7,99 faiz bəndi azalma ilə 18,41% səviyyəsinə geriləyiblər. Ötən ilin aprel ayında bu göstərici 26,4% olub.

"Honor" isə bazar payını 2,89 faiz bəndi artıraraq 4,94%-ə çatıb və ilk beşi tamamlayıb. 

Maya Hüseynova

Seçilən
0
2
valyuta.az

3Mənbələr