PSJ-nin idman direktoru Luiş Kampuş karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Saşa Tavolyeri yayıb.
Xəbərə görə, portuqaliyalı mütəxəssis hazırda "Mançester Yunayted"lə danışıq aparır. Mənbə Kampuşun Paris təmsilçisi ilə müqavilə yeniləmədiyini xatırladaraq onun "qırmızı şeytanlar"a qoşulmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Luiş 2022-ci ilin yayından PSJ-də işləyir.
Liqa 1-də çempionluğu vaxtından əvvəl təmin edən Fransa nəhəngi Çempionlar Liqasının yarımfinalında mübarizəni davam etdirir. İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci pillədə mövqe tutan MY Avropa Liqasının yarımfinalındadır.
Nihat