AZ

Ağ Evdən Trampla bağlı qeyri-adi paylaşım

ABŞ-da qeyri-rəsmi qeyd olunan “Ulduz Döyüşləri Günü” ilə bağlı Ağ Evin “X” hesabında paylaşım edilib.

Publika.az xəbər verir ki, paylaşımda ABŞ prezidenti Donald Tramp filmlərdəki döyüşçü personajlarla müqayisə edilib.

Sözügedən paylaşımda Tramp işıq qılınclı Sith (şərin nümayəndəsi) ovçusu kimi təsvir edilib.

ABŞ-ın simvolu olan bayraqlar və iki keçəl qartal fiquru ilə bəzədilmiş süni intellektlə hazırlanan posterdə 78 yaşlı prezident gücü və əzələləri ilə diqqət çəkib.

“Sith krallarını, qatilləri, narkobaronları, təhlükəli məhbusları və tanınmış MS-13 dəstə üzvlərini qalaktikamıza qaytarmaq üçün çox mübarizə aparan radikal solçular da daxil olmaqla, hər kəsin 4 May bayramı mübarək olsun”, - paylaşımın şərh hissəsində qeyd olunub.

Seçilən
0
publika.az

1Mənbələr