Xəbər verdiyimiz kimi, aprelin 23-də Quba-Qonaq kənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində yerləşən körpü sel nəticəsində uçub. Mayın 4-də isə uçmuş körpü müvəqqəti təmir olunub və işlək vəziyyətə gətirilib.
Çəkiliş qrupumuz ərazidə olarkən qəzalı körpünün yenə bağlı olduğunu, amma bura asfalt döşəndiyini görüb.
MÖVZU İLƏ BAĞLI:
Qubada uçan körpü müvəqqəti təmir olundu - ÖZƏL - FOTO
Tikinti işlərini aparan təşkilatdan öyrəndik ki, körpüyə asfalt döşənəndən sonra yol yenidən açılacaq.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media