Bakı. Trend:
Müasir cəmiyyətlərdə, xüsusilə demokratik quruluşlu ölkələrdəqeyri-hökumət təşkilatları və qeyri-kommersiya sektoru çox mühümrol oynayır.
Trend xəbərverir ki, bunu bu gün Ədliyyə nazirinin müavini Abiddin HüseynovHeydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi:dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, bir çox hallarda dövlət sektorunun həyatakeçirdiyi investisiyalar və dövlətin göstərdiyi dəstək sənayeninmüxtəlif sahələrinin inkişafında həlledici rol oynasa da, üçüncüsektorun – yəni vətəndaş cəmiyyətinin bu işlərə verdiyi dəstək dəaz əhəmiyyət kəsb etmir, əksinə, çox vacibdir.
"Üçüncü sektor bir tərəfdən ictimai nəzarəti təmin edir, digərtərəfdən isə bir çox hallarda müxtəlif sahələr üzrə koordinasiyanınhəyata keçirilməsində iştirak edir. Bundan əlavə, əhalininmaarifləndirilməsi baxımından da üçüncü sektorun fəaliyyəti mühüməhəmiyyət daşıyır. Çünki bəzən görülən işlər barədə düzgünməlumatlandırma aparılmadıqda, bu sahə ilə bağlı formalaşmışstereotiplər və yanlış təsəvvürlər aradan qalxmır. Nəticədə, təqdimedilən təşəbbüslər və layihələr cəmiyyət tərəfindən düzgündəyərləndirilmir və bu da görülmüş işlərin səmərəliliyinə təsirgöstərir",- deyə o əlavə edib.