Finss.az - "Azəryağ" MMC ləğv olunduğunu elan edib.
Banker.az saytının məlumatına görə, şirkətin kreditorları iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 44, mənzil 8 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, "Azəryağ" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi İlqar Tarıverdiyevdir.