Hindistan Cammu və Kəşmirin ərazisindəki Çenab çayı üzərində yerləşən "Baglihar" bəndi vasitəsilə Pakistana su verilməsini dayandırıb.
Yenisabah.az Hindustan Times-a istinadla xəbər verir ki, bunu "NHPC Limited" dövlət su elektrik şirkətinin anonim rəsmisi bildirib.
Birhəftəlik müzakirələrdən və hidroloji qiymətləndirmələrdən sonra bənd rəhbərliyi belə addımlar ataraq Pakistana çatan su axınını 90% azaldıb.
Hindistan hakimiyyəti Himalay dağlarının şimal-qərbindəki Cammu və Kəşmirdəki Kişanqanqa bəndində də oxşar addımlar atmağı planlaşdırır. Yaxın vaxtlarda ərazidə genişmiqyaslı texniki işlərin aparılması nəzərdə tutulur ki, bu müddət ərzində Kişanqanqa çayının aşağı axınında su təchizatı dayandırılacaq.
Telegram kanalımız