BAKI, TurkicWorld
ABŞ- da TikTok-un qadağası üçün müəyyən edilən tarix uzadıla bilər.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp TikTok tətbiqinin Amerika şirkətinə satılmaması halında, onu qadağan edən qanunun qüvvəyə minmə tarixinin yenidən uzadıla biləcəyini bildirib.
Tramp jurnalistlərə açıqlamasında, TikTok-un ABŞ-da xüsusilə gənclər arasında böyük populyarlıq qazandığını vurğulayıb və tətbiqin “ürəyində yeri olduğunu” söyləyib. ABŞ administrasiyası tərəfindən qəbul edilən və Çində yerləşən TikTok-un ölkədə qadağan olunmasını nəzərdə tutan qanuna əsasən, proqram 19 yanvar tarixində bağlansa da, daha sonra yenidən istifadəyə açılıb.
Prezident Tramp vəzifəsinin ilk günündə bu qanunun tətbiqini 75 gün müddətinə dayandıran sərəncam imzalamış, aprelin 4-də isə bu müddəti yenidən 75 gün uzatmışdı. Hazırda TikTok-un ABŞ-da fəaliyyətinin gələcəyi Amerika şirkətinə satış prosesi ilə birbaşa əlaqələndirilir.