AZ

MPL-də son 11 mövsümün rekodu qeydə alındı

Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb.

Fanat.Az xəbər verir ki, bu nəticə cari mövsüm heç-heçələrin sayının 49-a çatması sayəsində reallaşıb.

Bərabərlik sayında 47 "sülh"ün yaşandığı 2015/2016 mövsümündəki göstərici yenilənib.

Daha çox heç-heçəyə son dəfə 2013/2014 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Xatırladaq ki, ötən gün başa çatan XXXIII turda üç bərabərlik qeydə alınıb. “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.

Seçilən
0
fanat.az

1Mənbələr