AZ

Qumbaralar təkcə cəbhədə deyil, evlərdə də partlayır

Kiyevdə qumbaranın partlaması nəticəsində bir nəfər xəsarət alıb. Bu barədə Ukrayna paytaxtının polisi məlumat yayıb.


Təhlükəsizlik qüvvələrinin məlumatına görə, partlayış bazar ertəsi gecə Kiyevin şimal-qərbindəki Prireçnaya küçəsində baş verib.


"Mənzildə qumbara partladılıb. 41 yaşlı kişi (mənzilin sahibi) xəstəxanaya yerləşdirilib. Sursatın mənşəyi müəyyənləşdirilir", - polisin açıqlamasında deyilir.

Bundan əvvəl Mash Telegram kanalı Voronej vilayətinin Liski rayonunda şəxsi evdə qumbaranın partlaması nəticəsində 4 nəfərin yaralandığını bildirmişdi. Yaralılardan birini xilas etmək mümkün olmayıb.

Tural

Seçilən
0
news365.az

1Mənbələr