AZ

"Bayer Leverkuzen" tarixi rekordu təkrarladı

"Bayer Leverkuzen" Almaniya çempionatının 32-ci turunda səfərdə "Frayburq"la 2:2 hesablı heç-heçə etməklə unikal nailiyyətə imza atıb.

Publika.az xəbər verir ki, "asprinlər" Bundesliqa matçlarında səfərdə məğlubiyyətsizlik seriyasını 33 matça çatdırıb - 23 qələbə və 10 heç-heçə. Bununla Xabi Alonsonun komandası "Bayern"in tarixi rekorduna çatıb.

Münhen təmsilçisi 2012-ci ildən 2014-cü ilə qədər eyni sayda səfər görüşündə uduzmayıb.

Qeyd edək ki, bu mövsüm 32 turdan sonra 68 xal toplayan "Bayer" çempionluq şansını itirib.

Seçilən
0
publika.az

1Mənbələr