AZ

AİB enerji istehsalı effektliyinin artırılmasında Özbəkistana yardım göstərməyə hazırdır - AİB ölkə üzrə direktoru

Milan. Trend:

Asiya İnkişaf Bankı enerji istehsalı effektliyininartırılmasında Özbəkistana yardım göstərməyə hazırdır.

Trend xəbər verirki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Arayabankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

"Əgər Özbəkistanda qaz və elektrik enerjisi tariflərininartırılmasından danışsaq, tarif artımı enerji istehsalınındayanıqlılığından asılıdır. Bizim fikrimizcə, problemlərdən birienerji itkisi ilə bağlıdır. AİB olaraq biz hökumətə istehsalıneffektivliyinin artırılması və itkilərin azaldılması sahəsindəkömək etməyə hazırıq. Bu isə öz növbəsində istehlakçıların üzərinədüşən yükü azaltmış olacaq", – deyə o bildirib.

Lao-Araya qeyd edib ki, hazırda tariflərin artırılmasızəruridir, çünki enerji istehsalının maya dəyəri mövcud tarifləriüstələyir.

"Əgər bu fərq aradan qaldırılmasa, o zaman dövlət istehsalxərclərini subsidiyalaşdırmağa məcbur olur. Bu mümkündür, lakinuzunmüddətli dövrdə dayanıqlı deyil. Biz hökumətə texniki yardım vəqrantlar vasitəsilə dəstək göstərə bilərik — yeni texnologiyalarıntətbiqi ilə itkiləri azaltmaq olar. Lakin eyni zamanda, Özbəkistanvətəndaşları anlamalıdırlar ki, tarif artımları real maya dəyərinəuyğun olmalıdır", – deyə o vurğulayıb.

AİB-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri əlavə edib ki,qarşıdakı üç il ərzində və gələcəkdə də bank hökumətə bərpa olunanenerji sahəsindəki investisiyalarda dəstəyini davam etdirəcək.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr