AZ

Papa Fransiskin Son Arzusu: Qəzzalı Uşaqlar Üçün Ümidə Çevrilən Avtomobil

Papa

Papa Fransiskin Betləhəmdəki səfəri zamanı istifadə etdiyi ağ rəngli Mitsubishi avtomobili Qəzza zolağındakı fələstinli uşaqlara tibbi yardım göstərmək məqsədilə mobil tibb kompleksinə çevriləcək. Bu barədə The New York Times məlumat yayıb.Xəbərdə qeyd olunur ki, bu təşəbbüsə Papa Fransisk şəxsən ölümündən qısa müddət əvvəl razılıq verib.Söhbət 2014-cü ildə Fələstin prezidenti Mahmud Abbas tərəfindən pontifikə hədiyyə edilən Mitsubishi markalı avtomobildən gedir. Papa səfərindən sonra avtomobil Fransiskan rahiblərinin ordeninə verilib. Daha sonra onun xeyir-duası ilə bu avtomobil katolik yardım təşkilatı Caritasın istifadəsinə keçib.Mobil xəstəxana ideyası Caritas rəhbərliyinə məxsusdur. Layihə birbaşa pontifikə isveçli kardinal Anders Arborelius tərəfindən təqdim edilib. İndi isə, vaxtilə katolik kilsəsinin başçısını daşıyan bu unikal avtomobil, Qəzzada yaralılara yardım göstərmək, xəstə uşaqları müalicə etmək və humanitar böhran şəraitində fəaliyyət göstərmək üçün istifadə ediləcək.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Hava Proqnozu 5 May 2025

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"

Seçilən
0
ulusum.az

1Mənbələr