Bakı, 5 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində 31 min 100 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ödəniş olunub.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müavinət ödənişləri 14 min 502 qız, 16 min 598 oğlan uşağına görə aparılıb.