AZ

Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub

Moskvada General Tyulenev küçəsindəki yaşayış binasında baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlərdən məlumat verilib.

"Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub. Bütün həlak olanlar partlayışın baş verdiyi mənzildə olublar", - mənbə bildirib.

İlkin məlumata görə, partlayışın səbəbi məişət qazının sızması olub.

Seçilən
0
3
report.az

4Mənbələr