AZ

ZƏKANIN İŞIĞINDA ADDIMLAYAN ELMİMİZ - AMEA-80

Azərbaycan elmi əsrlərin dərinliklərinə gedib çıxan zəngin tarixi ilə seçilir. Tarixin müxtəlif dövrlərində Azərbaycan alimləri elmin müxtəlif sahələrində əhəmiyyətli nailiyyətlər əldə etmiş və Şərq ilə Qərb arasında elm körpüsünü yaratmışlar. Elmin inkişafı Azərbaycanın qədim dövrlərindən başlamış, İslam mədəniyyətinin təsiri ilə bilik və elmin yayılması sürətlənmişdir. Orta əsrlərdə Azərbaycanın Təbriz, İsfahan, Xoy, Naxçıvan, Ərdəbil, Marağa, Şamaxıvə digər şəhərlərində çoxsaylı elmi mərkəzlər, mədrəsələr və kitabxanalar inkişaf etmişdir. Bütün bunlarAzərbaycan elminin vahid tərkib hissələri olmaqla yanaşı, həm də elmi-ictimai və bədii-fəlsəfi düşüncəmizin mərkəzləri idilər.

Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Nəsirəddin Tusi,Əbdürrəşid Bakuvi, Xətai kimi dahi Azərbaycan mütəfəkkirləri elmi və mədəni irsin inkişafında böyük rol oynamışlar. Xüsusilə Nizami Gəncəvinin fəlsəfi və etik görüşləri, təkcə Azərbaycan deyil, bütün Şərq dünyası üçün dəyərli töhfələrdir.

XIX əsrdə baş vermiş ictimai-siyasi hadisələrin geniş vüsət alması nəticəsində Azərbaycanın təhsil ocaqlarında dünyəvi elmlərin öyrənilməsinə başlanılmış, nəticədəAbbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Mirzə Kazımbəy, Mirzə Ələkbər Sabir, Mirzə Cəfər Topçubaşov kimi mütəfəkkirlər,düşüncə sahibləri meydana çıxmışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin Avropanın qabaqcıl ali məktəblərinə təhsil almaq üçün göndərilməsi, Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan elminin və intellektual dəyərlərinin formalaşması istiqamətində ən böyük və mühüm addımlar idi.

1923-cü ildə elmi-tədqiqat işləri aparmaq məqsədilə Azərbaycanın bir qrup tanınmış ziyalılarının təşəbbüsü ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılmışdı. Cəmiyyətin qurucuları ciddi elmi prinsiplərə və müasir tədqiqat metodlarına əsaslanaraq Azərbaycan dilini, tarixini, folklorunu, adət-ənənələrini, məişətini etnoqrafiyasını araşdırmışlar. ATTC-nin iki illik fəaliyyətini dəyərləndirərkən hökumət adından şıxış edən xalq maarif komissarı Mustafa Quliyev qeyd edir ki, “bu cəmiyyətin fəaliyyəti gələcəkdə Azərbaycan Elmlər Akademiyasının yaranmasını təmin edəcək”.

1929-cu il oktyabrın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək AzərbaycanDövlət Elmi Tədqiqat İnstitutuna çevrildi. AzDETİ-nin yaradılması elmi qüvvələrdən səmərəli istifadəyəvə mürəkkəb problemləri kompleks şəkildə həll etməyə geniş imkanlar yaratdı.Gələcək Elmlər Akademiyasınınsələfi olan bu qurum milli mədəniyyətimizin elmi əsaslar üzərində təşəkkülündə misilsiz xidmətlər göstərmiş oldu.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin29 dekabr 1932-ci il tarixli qərarı ilə Az.DETİ-ninvə AzərbaycanTəbiiMəhsuldar Qüvvələrin Öyrənilməsi İnstitutunun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsiyaradıldı. Mövcud olduğu qısa müddət ərzində bu elmi qurumda qiymətli fundamental araşdırmalar aparılmış, təbiət, texnika və ictimai elmlər sahəsində elmi tədqiqatların miqyas və perspektivlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradılmışdı.

25 oktyabr 1935 ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialı yaradılmış və elə həmin ilin oktyabrında Bakıya gələn SSRİ EA-nın vitse-prezidenti V.L.Komarov Azərbaycan Filialını “özünün laboratoriya və institutlarında bir sıra konkret problemləri həll etməyə müvəffəq olmuş iri elmi təşkilat və İttifaq Elmlər Akademiyasının ənyaxşı filiallarından” hesab etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsası 1945-ci ildə qoyulmuşdur. Elmin müasir inkişafında mühüm rol oynayan AEA-nın yaradılması Azərbaycanda elmi tədqiqatların təşkilatlanması və sistemli araşdırmaların aparılması məqsədini daşıyırdı.

Çox mürəkkəb bir proses olan Azərbaycan SSR Elmlər Akademiyasının yaradılmasıSSRİ EA-nın və Azərbaycan SSR Xalq Komissarları Şurasının təqdimatı əsasında 23 yanvar 1945- ci il tarixli qərarla baş tutdu.Qərardan irəli gələnhazırlıq işləri başa çatdıqdan sonraAzərbaycan SSR Xalq Komissarları Soveti öz qərarı ilə27 mart 1945-ci ildə SSRİ EA Azərbaycan filialı və respublikamızın bir sıra elmi-tədqiqat müəssisələrinin bazasında Azərbaycan SSR Elmlər Akademiyasını təsis etdi.

Ümumiyyətlə, elm tarixi ilə məşgul olan mütəxəssislər Azərbaycan Elmlər akademiyasının tarixini bir neçə mərhələyə bölürlər:

Birinci mərhələ 1945-1960-cı illəri əhatə edir və akademiyanın yeni elmi-təşkilati əsaslarla formalaşması mərhələsidir.

İkinci mərhələ 1960-1970-ci illəri əhatə edir və ölkəmizdə baş verən bir sıra ictimai-siyasi hadisələrin təsiri ilə akademiyanın maddi-texniki bazasının geriləmələri ilə müşayiət olunmuşdu.

Üçüncü mərhələ1970-1980-ci illəri əhatə edir.Ümummilli lider Heydər Əliyevinadı ilə bağlı olan bu dövr akademiya tarixinin ən parlaq mərhələsidir.Həmin illərdə akademiyada dünya miqyaslı elmi proseslərin inkişafına təkan verən çoxsaylı elmi uğurlar əldə olunmuşdur. Bütün bu proseslər Ulu öndərin elmə, elm adamlarına müstəsna diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur.

Dördüncü mərhələ 1980-1990-cı illəri əhatə edir. Bu mərhələdə akademiyanın mövcudluğu qorunub saxlanılsa da ölkəmizdən xaricə çoxsaylı beyin axını baş vermiş, akademiya bağlanmaq təhlükəsi ilə baş-başa qalmışdı.

Müstəqillik illərində Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə akademiya tənəzzül mərhələsini geridə qoydu və özünün yeni inkişaf mərhələsinə qədəm basdı. Ulu öndərin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyası milli status qazandı, 4 yanvar 2003-cü il tarixli fərmanla AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi-texniki siyasətini həyata keçirən dövlət elmi təşkilatı statusu verildi.

2003-cü ildən sonra Azərbaycan Respublikasının prezidenticənab İlham Əliyev tərəfindən elmi fəaliyyət sahəsinin inkişafına diqqət daha da artırıldı. Bu dövrdə İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”, 9 avqust 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, 9 aprel 2018-ci il tarixli sərəncamla 27 mart “Elm günü” nün təsis edilməsi mühüm yer tutur.

AMEA-nın yubiley tədbirləri dədövlət tərəfindənyüksək səviyyədə qeyd edilmişdir. Mövcud olduğusəksən il ərzində Akademiyanın yubileyi cəmi üç dəfə qeyd edilmişdir. İlk dəfə 1975-ci ildə Sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin müvafiq Sərəncamı ilə Elmlər Akademiyasının 30 illik yubileyi Respublika Sarayında keçirilmiş və Akademiya “Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur. Bundan sonrakı tarixi mərhələdə prezident İlham Əliyevinmüvafiq sərəncamları və iştirakı ilə 2005-ci ildə Milli Elmlər Akademiyasının 60 illik,2015-ci ildə isə 70 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir. Sevindirici haldır ki, Prezident İlham Əliyev 18 mart 2025-ci il tarixindəAMEA-nın 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.Sərəncamdövlət başçımızınyarandığı gündən bu günədək nailiyyətlərlə zəngin uzun bir yol qət edərəkölkəmizin elmi elitasını formalaşdıran, elmi- intellektual potensialımızı milli sərvətə çevirənbu elm məbədinə, orada çalışanların əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Və biz – Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları bu yüksək dəyərə və diqqətə görə Cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.

Milli Elmlər Akademiyasının yubileylərinin dövlət səviyyəsində keçirilməsi akademiyanın və alimlərimizin fəaliyyətinə verilən ənyüksək qiymətdir.

Elmin inkişafı və tədqiqat fəaliyyətinin genişləndirilməsi məqsədilə həyata keçirilən islahatlar, maliyyə dəstəyi və beynəlxalq elmi əməkdaşlıqlar akademiyanın fəaliyyətini gücləndirmişdir. Dövlət qayğısı nəticəsində akademiya təkcə ölkə daxilində deyil, beynəlxalq elmi arenada da öz yerini möhkəmləndirmişdir.

Akademiyanın struktur islahatları, yeni elmi istiqamətlərin inkişafı və innovativ layihələrin icrası ölkəmizin elmi potensialını daha da artırmışdır.

Bu gün Azərbaycan elmi beynəlxalq əməkdaşlıq və yeni texnologiyaların tətbiqi sahəsində mühüm uğurlar əldə edir. Gənc alimlərin dəstəklənməsi və yeni nəsil tədqiqatçıların yetişdirilməsi üçün geniş imkanlar yaradılmışdır. Elmi-texniki nailiyyətlərin istehsalata tətbiqi, elmi innovasiyaların iqtisadi inkişafda rolu Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan elmi tarixi inkişaf yolunda böyük uğurlar əldə etmiş, müasir dövrdə də bu nailiyyətlər davam etməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyi münasibətilə keçiriləcək tədbirlər ölkəmizin elmi potensialının gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addım olacaqdır.

Hüseyn Hüseynov

AMEA Mərkəzi Elmi Kitabxananın direktoru,

texnika elmləri doktoru, dosent

Şəhla Tahirqızı

AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini

filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Seçilən
0
sia.az

1Mənbələr