AZ

Nə üçün bəzi uşaqlarda erkən yaşda psixoloji problem yaranır?

"Uşaqlar yeməyini yeyir, məktəbə gedir və oynayırsa, valideynləri onların sağlam olduğunu düşünürlər". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

Lakin onun sözlərinə görə, uşaqlarda bir anda elə davranışlar ortaya çıxır ki, valideyn təəccüblənir:

"Bu zaman valideynlər uşaqları barəsində “Niyə əsəbləşir?”, “Niyə heç kimlə danışmır?”, “Niyə gecələr ağlayır?”, “Niyə birdən-birə aqressivləşdi?” kimi suallar verməyə başlayırlar. Bu dəyişikliklərin kökündə isə çox vaxt psixoloji narahatlıqlar dayanır və əksəriyyəti də elə erkən yaşlarda başlayır". 

372741

Ekspert bildirib ki, uşaqlar duyğularını böyüklər kimi ifadə edə bilmədikləri üçün içlərində baş verənləri davranışları ilə göstərirlər:

"Uşaq psixoloji olaraq çətinlik yaşayırsa, bunu ya çox danışaraq, ya heç danışmayaraq, ya da əsəbləşərək içə qapanaraq ifadə edir. Lakin psixoloji problemlərin yaranmasının tək bir səbəbi olmur. 

Məsələn, uşaq evdəki münasibətlərdən, valideynin əhvalından, yaşadığı stressdən, diqqət və qayğının azlığından təsirlənə bilər. Bəzən də keçirdiyi qorxu, itki və ya anlaşılmayan bir hadisə onun ruhunda iz buraxır". 

Ülviyyə İlqar qeyd edib ki, uşaq özünü qorunmamış və ya başa düşülməmiş hiss edəndə bu iz daha da dərinləşir:

"Belə hallarda valideyn nə etməlidir? Ən vacibi “keçər” deyə susmamalıdır. Uşağın verdiyi hər bir siqnalı istər əsəb, istər sakitlik, istər gecə qorxuları diqqətlə izləməlidir. Onu dinləmək anlamadan məsləhət verməkdən daha önəmlidir. 

Səbirli olmaq, müqayisə etməmək, və əgər narahatlıqlar davam edirsə, peşəkar psixoloq dəstəyi almaq həm uşaq, həm də ailə üçün ən sağlam addımdır. Unutmayın ki, uşaq sadəcə davranmır. O, sizə nə isə deməyə çalışır".

Pərviz

Seçilən
0
hit.az

1Mənbələr