AZ

Süni intellekt məmurları əvəz edə bilər?

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru, iş adamı İlon Mask bəyan edib ki, bəzi dövlət qulluqçularının hazırda yerinə yetirdiyi vəzifələri süni intellekt icra edə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məsələyə yaxın mənbəyə istinadən xəbər verib.

“Mask ABŞ hökumətini qeyri-səmərəli adlandırıb və bildirib ki, süni intellekt hazırda bəzi dövlət qulluqçularının yerinə yetirdiyi funksiyaları öz üzərinə götürməlidir”, - deyə agentlik yazır.

Məlumata görə, Mask bu fikirlərini Kaliforniya ştatının Beverli-Hillz şəhərində keçirilən Milken İnstitutunun Qlobal Konfransında qapalı sessiya zamanı səsləndirib.

Sessiyada həmçinin onun rəhbərlik etdiyi "SpaceX" və "Neuralink" şirkətlərinin fəaliyyəti də müzakirə olunub.

Seçilən
0
cebheinfo.az

1Mənbələr