AZ

İsrail Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi planlarını təsdiqlədi

BAKI, 5 may. TELEQRAF

İsrailin hərbi-siyasi kabineti bazar Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsini nəzərdə tutan planları təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” portalı siyasi dairələrdəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, plan bir sıra mühüm addımları əhatə edir. Buraya Qəzza zolağının ələ keçirilməsi və ərazilərin nəzarətdə saxlanılması, mülki əhalinin təhlükəsizliyi naminə cənuba doğru köçürülməsi, HƏMAS hərəkatının humanitar yardımı paylama imkanlarından məhrum edilməsi və hərəkatın mövqelərinə qarşı güclü zərbələrin endirilməsi daxildir.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr