AZ

Britaniya nəşri: Ruslar müharibədən qorxmağa başlayıblar

BAKI, 5 may. TELEQRAF

Rusiya vətəndaşları Prezident Vladimir Putinin Ukraynaya qarşı açdığı amansız müharibədən qorxmağa başlayıblar. Kreml qələbə kultu yaratsa da, rus cəmiyyətində əhval-ruhiyyə getdikcə tündləşir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.

“İnsanlar pəncərələrdən faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümü üçün paradın məşqlərini izləyir. Vətənpərvərlik mahnıları səslənir, küçələrdə SSRİ və Rusiya bayraqları dalğalanır, əsgərlər küçələrdə yürüş edirlər. Evlərin yaxınlığında Ukraynadakı müharibədə iştiraka təşviq üçün elanlar vurulub: birdəfəlik 1,9 milyon rubl, illik 5,2 milyon maaş”, - Britaniya nəşri bildirir.

Məqalədə qeyd olunur ki, İkinci Dünya müharibəsindən fərqli olaraq, bugünkü müharibə əsasən muzdlu ordu tərəfindən aparılır.

Politoloq Kirill Roqov deyir:

“İnsanlar bilirlər ki, müharibəyə getmək şüurlu şəkildə maddi maraq naminə verilən qərarıdır. Bunun ölkə naminə böyük bir qəhrəmanlıq olduğu barədə söylənilənlər mənasızdır”.

Nəşr əlavə edir ki, Putin qələbə kultunu xalq arasında dövlət ideologiyasının mərkəzi hissəsinə çevirib:

“Hökumət gəncləri hərbiləşdirir: 2024-cü ildə “Gənclər Ordusu”nun büdcəsi maliyyə çətinliklərinə baxmayaraq, iki dəfə artırılıb”.

Rəsmi sosioloji tədqiqatlar cəmiyyətin 70-80 faizinin müharibəyə dəstək verdiyini göstərsə də, ekspertlər respondentlərin qorxusu səbəbindən bu cür məlumatların etibarlılığına şübhə edirlər.

Roqov qeyd edir: “Əksəriyyət müharibəni passiv şəkildə dəstəkləyir, amma bunun üçün heç bir məsuliyyət hiss etmir. Onların vətənpərvərliyi Kremlin təbliğ etdiyindən fərqlidir. Bu müharibənin səbəblərini anlamırlar, bunu Putinin müharibəsi hesab edirlər”.

Sosioloq Marina keçmiş müharibə əleyhdarları arasında artan laqeydliyi diqqət çəkir:

“İnsanlar heç nəyə təsir edə bilməyəcəklərini anlayırlar, ona görə də belə qərara gəliblər ki, bunun üzərində düşünməyə dəyməz”.

“Times” Rusiyanın bölgələrində də durumun dəyişdiyini yazır:

“Quberniyaların nümunəsi göstərir ki, rusların müharibəyə münasibəti necə dəyişir: bir vaxtlar (ordu üçün) pul yığırdılar, hazırlıq görürdülər, indi isə bunları yaddan çıxarıblar. Təbliğat vitrinləri boşdur, indi müharibədə pul qazanırlar: buna “işgüzar səfər” deyirlər.

Kreml istənilən müqaviməti yatırır. Müxalifət darmadağın edilib, müstəqil media “xarici agent” sayılır. Rus qadın Dayra Kozyreva (ukraynalı şair) Şevçenkonun bir şeirinə görə 3 il həbs edilib”.

Seçilən
0
teleqraf.com

1Mənbələr