AZ

Ruslar müharibəyə qəhrəmanlıq deyil, gəlir kimi baxırlar - "The Times”

Rusiyadakı paranoyik vətənpərvərlər Vladimir Putinin Ukraynaya qarşı başlatdığı amansız müharibədən qorxurlar. Rejim qələbə kultu yarasa da, Rusiya cəmiyyətində əhval-ruhiyyə getdikcə daha çox tutqunlaşır. Bu fikirlər "The Times"da dərc olunan məqalədəndir.


Məqalədə yazılıb: "Rusiyalı Aleksandr öz pəncərəsindən nasist Almaniyası üzərində qələbənin 80-ci ildönümünə həsr olunacaq paradın məşqini izləyir. Vətənpərvərlik mahnıları səsləndirilir, Sovet və Rusiya bayraqları asılır, əsgərlər küçələrdə yürüş edirlər. Evinin yaxınlığında həmçinin Ukraynadakı müharibəyə qoşulmaq üçün iş yeri elanı-kontrakt bağlamaq haqqında elan da var. Burada ödəniş vədi 1,9 milyon rubl birdəfəlik, 5,2 milyon isə illik əmək haqqı göstərilir".

İkinci Dünya Müharibəsindən fərqli olaraq, bugünkü müharibə əsasən muzdlu ordular tərəfindən aparılır. Ukrayna kəşfiyyatı 140-180 min məhbusun pul vədi ilə orduya cəlb edildiyini açıqlayıb.  Politoloq Kirill Roqov isə deyib: "İnsanlar bilirlər ki, müharibəyə getmək şüurlu şəkildə maliyyə ilə bağlı verilmiş qərardır. Bunun ölkə naminə böyük bir qəhrəmanlıq olduğunu deməyin heç bir mənası yoxdur".

27 yaşlı alim Aleksandr isə deyib ki, Rusiyanın hazırki hərəkətlərinə görə özünü “əbədi günahkar” hiss edir. Onun üçün artıq Qələbə günü xoş bir xatirə ilə yox, utancla bağlıdır: "Uşaqlıqda Qələbə günü veteranların bayramı idi. İndi əsasən bundan təbliğat günü kimi istifadə edilir".Putin xalq arasında “qələbə dəliliyi” kimi tanınan qələbə kultunu dövlət ideologiyasının mərkəzi hissəsinə çevirib. Eyni zamanda, hökumət gəncləri hərbiləşdirir: 2024-cü ildə “Gənclər Ordusu”nun büdcəsi maliyyə çətinliklərinə baxmayaraq, iki dəfə artırılıb.

Tural

Seçilən
0
news365.az

1Mənbələr