AZ

Qarın piylərini sürətlə əridən MƏŞQ

Pilates mütəxəssisi Nonna Glaser tərəfindən təqdim edilən “3-2-8” məşq üsulu, qarın nahiyəsindəki inadkar piylərdən xilas olmağın ən sürətli yolu hesab olunur. Bu metod son dövrlərdə arıqlamaq istəyən bir çox insanın diqqətini çəkir və sürətli nəticə verdiyi iddia olunur.

News24.az xəbər verir ki, metodun yaradıcısı Natalie Rose Edwardsun sözlərinə görə, bu proqram qarın ətrafındakı piylərlə effektiv şəkildə mübarizə aparmağa kömək edir.

Beverly Hillsdə fəaliyyət göstərən pilates mütəxəssisi Nonna Glaser, EatThis.com saytında verdiyi açıqlamada “3-2-8 yalnız qidalanma planı deyil, həm də həftəlik məşq rutininizi ağıllı şəkildə planlamağın yoludur” deyib.

Proqram 3 əsas mərhələdən ibarətdir:  

1.    3 gün Barre və ya Pilates

Mərkəz əzələlərini müxtəlif bucaqlardan işə salan pilates və barre hərəkətləri, güc və elastikliyi eyni anda inkişaf etdirərək bədənin əsas sabitliyini möhkəmləndirir.

 2.    2 gün Güc Məşqi

Ağırlıq, rezin bant və ya bədən çəkisi ilə edilən məşqlər əzələ kütləsini artırmaq və dözümlülüyü inkişaf etdirmək üçündür. Bu, metabolizmanı canlandırır.

 3.    Gündəlik 8.000 addım

Bu addım sayı iki yerə bölünür: Yarısı səhər, yarısı isə axşam yeməyindən sonra atılır. Bu üsulla bədən eyni tip kardio yükünə alışmadan davamlı hərəkətdə olur.

Glaser qeyd edir: “Kardio, güc və elastiklik məşqlərinin ardıcıl tətbiqi bədəni təəccübləndirir və inkişafı sürətləndirir.”

Edwards da bildirib ki, bu ardıcıl və nizamlı kombinasiyanın sayəsində bədən forması ən yaxşı vəziyyətə çatıb və xüsusilə qarın ətrafındakı piylərdən sürətlə qurtulub.

Bu proqram balanslı qidalanma və kifayət qədər istirahətlə birləşdirildikdə, qarın piylərini əritmək istəyənlər üçün əlverişli seçim təqdim edir.


Məryəm İlhamqızı

Seçilən
0
news24.az

1Mənbələr