İsrailin Baş naziri Benyamin Netanyahu husiləri və İranı Tel-Əviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanına edilən hücuma görə qisas alacağı ilə hədələyib.
Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
“İsrail husilərin bizim əsas hava limanımıza, eləcə də onların iranlı ağalarına hücumuna bizim seçdiyimiz vaxt və yerdə cavab verəcək”, - deyə siyasətçi bildirib.
Netanyahu qeyd edib ki, Yəmən hərəkatının hücumları İrandan gəlir.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp zərbələrin mənşəyi ilə bağlı bu versiyanı irəli sürərkən haqlı olub.
Xatırladaq ki, ötən gün husilərin Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri nəticəsində 8 nəfər yaralanıb.
Daşqın HəsənovMissiya.Az