AZ

NBA-da 1/4 final mərhələsinin son iştirakçısı bəlli olub

Bakı, 5 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin son iştirakçısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, Qərb Konfransında "Hyuston Rokets"ə 103:89 hesabı ilə qalib gələrək seriyanı 4:3-ə çatdıran “Qolden Steyt Uorriors” növbəti raunda vəsiqə qazanıb.

Şərq Konfransında isə artıq 1/4 final oyunları start götürüb. İlk görüşdə “Klivlend Kavalyers” doğma meydanda "İndiana Peysers"ə 112:121 hesabı ilə məğlub olub. Bununla da qonaqlar seriyada 1:0 hesabı ilə önə keçib.

Seçilən
0
azertag.az

1Mənbələr