AZ

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

​BAKI, 5 may. TELEQRAF

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində may ayının 1-də 16 kiloqram 550 qram, may ayının 2-də isə 8 kiloqram 118 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
0
29
teleqraf.com

10Mənbələr