Bakı. Trend:
Türkiyədə Ankara baş prokurorluğunun FETÖ/PDY-nin “gizlipolisləri” hesab olunan şəxslərə qarşı apardığı ististintaqçərçivəsində 33 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Trend xəbər verirki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, barələrində həbs-qətimkan tədbiri seçilmiş(ümumilikdə 38 nəfər) şübhəlilərdən 20-si dövlət qulluqçusuolub.
Şübhəlilərin polis bölməsində dindirilməsi davam etdiyi birvaxtda, qaçmağı bacaran 5 nəfərin tutulması istiqamətində işlərdavam etdirilir.