AZ

Pirallahı Sənaye Parkının ərazisi genişləndirilə bilər

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallalı Sənaye Parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub, odur ki, Parkın ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

"Ölkə prezidentinin 4 sentyabr 2016-cı il tarixli sərəncamı ilə 30 hektar ərazidə yaradılmış, əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Burada layihələrinin investisiya dəyəri 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. Sahibkarlar Parka 45 milyon manatdan çox investisiya yatırıb, 160-a yaxın daimi iş yeri yaradıb, indiyə qədər 64,5 milyon manatlıq məhsul istehsal edib", - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq: “Sevindirici haldır ki, Parkdakı bir sıra müəssisələr fəaliyyətə başlayıb. Parkın rezidenti olan “Diamed Co" MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda Parkda Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq”. 

Seçilən
0
7
report.az

8Mənbələr